• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Putin Lavrovu təltif etdi

DÜNYA

21 Mart 2025 | 11:10

Putin Lavrovu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovu ölkənin ali dövlət ordeni olan “Müqəddəs apostol Andrey Pervozvannı” ordeni ilə təltif edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Putin bu barədə Sərəncam imzalayıb. 

Bildirilib ki, XİN rəhbəri ölkə qarşısında müstəsna xidmətlərinə, Rusiya Federasiyasının xarici siyasətinin inkişafı və həyata keçirilməsinə verdiyi töhfəyə və uzun illər səmərəli dövlət fəaliyyətinə görə bu ordenlə təltif edilib.

Qeyd edək ki, bu gün S.Lavrovun 75 yaşı tamam olur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026