Türkiyədə keçirilən seçkilərdən sonra ard-arda istefaların yaşandığı İYİ partiyasından daha bir deputat ayrılıb.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, deputat Ünal Karaman qərarını sosial media hesabında açıqlayıb.
Keçmiş futbolçu və baş məşqçi millətə daha yaxşı xidmət etmək üçün istefa verdiyini bildirib.
Qeyd edək ki, o, Konyadan deputat seçilmişdi.