Ukrayna prezidenti Vladimir Zelenski Əsənboğa hava limanında mətbuat nümayəndələri üçün brifinq keçirib.
Bakıvaxtı.az "TRT Haber"ə istinadla xəbər verir ki, o, Rusiya-Ukrayna müharibəsindəki danışıqlar prosesi ilə bağlı danışıb.
“Biz ədalətli sülh, davamlı sülh, davamlı sülh istəyirik”,- Ukrayna prezidenti qeyd edib.
Zelenski Ukraynanın müharibəni sona çatdırmaq üçün danışıqlara qatılmamasını fikrini tənqid edib:
"Bunlar bizim müharibəni bitirmək planlarımızdır deyəndə, bu, bizim üçün suallar yaradır. Biz haradayıq? Biz bu danışıqlar masasında haradayıq? Bu, Ukraynanın daxilində baş verir. Putin amerikalıları yox, ukraynalıları öldürür".
Əli Hüseynov
Bakı 



