• Bakı 20° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Tramp faydalı qazıntı hasilatının artırılmasına dair sərəncam imzaladı

DÜNYA

21 Mart 2025 | 13:37

Tramp faydalı qazıntı hasilatının artırılmasına dair sərəncam imzaladı

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik məqsədilə faydalı qazıntı hasilatının artırılmasına dair sərəncam imzalayıb.

Bakıvaxtı.az “İnterfaks”a istinadən xəbər verir ki, Tramp bunun üçün 1950-ci ildə Prezident Harri Trumenin dövründə qəbul edilmiş Müdafiə İstehsalı Aktı (DPA) çərçivəsində dövlət başçısının fövqəladə səlahiyyətlərindən istifadə edib.

Qanun milli təhlükəsizlik üçün kritik hesab edilən resursların təchizatını artırmaq üçün hökumət resurslarının səfərbər edilməsini nəzərdə tutur. Buraya istehsalın genişləndirilməsi layihələrinin maliyyələşdirilməsi üçün istehsala icazələrin və kreditlərin verilməsinin sürətləndirilməsi daxildir.

Tramp bildirib ki, onun sərəncamı nadir torpaq metalları da daxil olmaqla, mühüm mineral ehtiyatların istehsalının kəskin artmasına gətirib çıxaracaq.

Bu qərarın məqsədi Çindən resurs idxalından asılılığı azaltmaqdır. Hökumətin məlumatına görə, ABŞ azı 15 növ mineralın idxalına görə xaricdən asılıdır, özü də nadir torpaq metallarının 70%-i Çindən alınır. ABŞ həm də mis və alüminiumun əsas idxalçısıdır.


SON XƏBƏRLƏR

23 Aprel 2025