• Bakı C

    10.38 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Ən çox müraciət olunan estetik əməliyyatlar hansılardır?

CƏMİYYƏT

08 Aprel 2026 | 15:43

Ən çox müraciət olunan estetik əməliyyatlar hansılardır?

"Son illərdə estetik əməliyyatlarda əsas məqsəd diqqət çəkmək deyil, təbii görünüşü qorumaqdır".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Baş həkimi Dilqəm Məmmədov nazirliyin "Instagram" səhifəsində canlıda bildirib.

Onun sözlərinə görə, klinikada həm cərrahi, həm də qeyri-cərrahi estetik prosedurlar həyata keçiriləcək və bu müdaxilələr pasiyentin ehtiyacına uyğun seçiləcək.

“Minimal invaziv və qeyri-invaziv prosedurlar – botoks, dolğu, askı sistemləri kimi müdaxilələr də tətbiq olunacaq. Bunlar cərrahi əməliyyat istəməyən pasiyentlər üçün nəzərdə tutulur və plastik cərrahiyyənin ayrılmaz hissəsidir”, – deyə o bildirib.

Həkim qeyd edib ki, ölkədə ən çox müraciət olunan estetik əməliyyat rinoplastikadır: “Burun əməliyyatları birinci yerdədir. Daha sonra süd vəzi əməliyyatları – həm böyütmə, həm də onkoloji səbəblərlə çıxarıldıqdan sonra bərpa əməliyyatları gəlir”.

Onun sözlərinə görə, növbəti yerlərdə bədən şəkilləndirmə əməliyyatları dayanır: “Xüsusilə doğuşdan sonra qadınlarda qarın nahiyəsində yaranan dəyişikliklər, sallanmalar və deformasiya bu əməliyyatlara ehtiyacı artırır. Üz gərmə əməliyyatları da geniş yayılıb”.

Mütəxəssis vurğulayıb ki, rekonstruktiv cərrahiyyədə isə əsas müraciətlər əl və yanıq cərrahiyyəsi ilə bağlıdır. Bununla yanaşı, anadangəlmə qüsurlar və travma sonrası problemlər də geniş yer tutur.

Dilqəm Məmmədov bildirib ki, müasir yanaşma artıq “şişirdilmiş” görünüşdən uzaqlaşaraq təbii nəticələrə yönəlib: “Əvvəllər daha çox diqqət çəkən dəyişikliklər edilirdi. İndi isə məqsəd insanın mimikasını və təbii görünüşünü qorumaqdır. Yaxşı estetik əməliyyat odur ki, kənardan hiss olunmur”.

O əlavə edib ki, bu nəticələrin əldə olunması üçün əməliyyat öncəsi düzgün planlama və həkimlərin birgə qərarı - konsilium yanaşması mühüm rol oynayır:

"Pasiyentin sağlamlığına və funksional vəziyyətinə zərər verə biləcək müdaxilələrdən qaçınılır və əsas prioritet təhlükəsizlikdir".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR