• Bakı C

    10.38 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

Gürcüstanda 9 qazax adam oğurluğu ittihamı ilə saxlanılıb - VİDEO

DÜNYA

08 Aprel 2026 | 16:00

Gürcüstanda 9 qazax adam oğurluğu ittihamı ilə saxlanılıb - VİDEO

Qrup halında qanunsuz azadlıqdan məhrumetmə ittihamı ilə Qazaxıstan Respublikasının 9 vətəndaşı saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, istintaq zamanı təqsirləndirilən şəxslərin cinayət planı hazırladığı və 2004-cü il təvəllüdlü Qazaxıstan vətəndaşını qanunsuz olaraq azadlıqdan məhrum etdiyi müəyyən edilib. Onların zərərçəkmiş şəxsə fiziki zorakılıq tətbiq etdiyi və 30 min ABŞ dolları tələb etdiyi məlum olub.

Bildirilib ki, tələb olunan məbləğ ödənilmədiyi təqdirdə, zərərçəkmiş şəxsi öldürməklə hədələyiblər.

Əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları təqsirləndirilən 9 şəxsi cinayəti törətdikdən qısa müddət sonra saxlayıblar.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə aparılır ki, bu maddə 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur./24News.ge


SON XƏBƏRLƏR