q
  • Bakı 13° C

    6.96 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək

SİYASƏT

08 Aprel 2026 | 16:21

Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 17-də MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Diplomat xatırladıb ki, Türkmənistan 2026-cı ildə Birliyə sədrlik edəcək.

"Xarici siyasət idarələrinin rəhbərləri aktual beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparacaq və bu il qeyd olunan MDB-nin 35-ci ildönümü kontekstində əməkdaşlığın prioritet sahələrini müzakirə edəcəklər. Görüşdə xarici siyasət koordinasiyasının gücləndirilməsinə və hüquq-mühafizə, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra qərarların qəbul edilməsi gözlənilir", - deyə Zaxarova qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

16 Aprel 2026