q
  • Bakı 15° C

    6.96 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Almaniya xaricə səfərlərlə bağlı hesabat tələbini ləğv edir

SİYASƏT

08 Aprel 2026 | 14:02

Almaniya xaricə səfərlərlə bağlı hesabat tələbini ləğv edir

Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan edib ki, bu həftə hökumət üç aydan artıq müddətə xaricə səfər üçün Bundesverdən (Almaniya Silahlı Qüvvələri) icazə almaq tələbini ləğv edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.

"Uzun müddətə xaricdə qalma barədə məlumat vermək lazım deyil. Biz bu məqsədlə qanunla nəzərdə tutulmuş ümumi hesabat vermə tələbindən istisna təklif edirik. Yerləşmə yerinin dəyişməsi barədə yalnız çağırışa tabe olan ehtiyatdakı hərbçilər məlumat verməlidirlər", - deyə nazir bildirib. (oxu.az)


SON XƏBƏRLƏR

16 Aprel 2026