• Bakı 20° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Rusiya nefti daşıyan tanker Almaniyada müsadirə edildi

DÜNYA

21 Mart 2025 | 13:48

Rusiya nefti daşıyan tanker Almaniyada müsadirə edildi

Almaniya hökuməti yanvarın ortalarından Rügen adasının sahillərində lövbər salmış Panama bayrağı altında üzən “Eventin” tankerini həbs edib.

Bu barədə Bakıvaxtı.az “RBK-Ukrayna”ya istinadən xəbər verir.

Qeyd olunur ki, Baş Gömrük İdarəsinin müsadirə qərarı nəticəsində köhnə tanker və təxminən 40 milyon avro dəyərində olan 100 min tona yaxın xam neft hazırda Almaniyanın mülkiyyətinə keçir.

Müvafiq göstəriş verildikdən sonra “Eventin”in adı dəyişdiriləcək.

Yanvarın ortalarında “Eventin” manevr edə bilmədiyi üçün Rügen adasından şimala doğru sürüklənirdi. Neft sızması təhlükəsinin yüksək olması ilə əlaqədar tanker yedəyə alınıb və Sahil Mühafizəsi və federal polis tərəfindən gecə-gündüz mühafizə olunub. Fevralın sonundan etibarən gəmi Aİ tərəfindən Rusiyanın kölgə donanmasının bir hissəsi kimi siyahıya salınıb.

Bundan əvvəl Almaniyanın müxtəlif nazirlikləri arasında Rusiyanın Ust-Luqa limanından Baltik dənizi vasitəsilə Misirə üzən tankerlə nə ediləcəyi ilə bağlı gərgin müzakirələr getmişdi.


SON XƏBƏRLƏR

23 Aprel 2025