• Bakı 15° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

25-ci mərtəbədən yıxılan 9 yaşlı qız sağ qaldı

DÜNYA

20 Aprel 2025 | 12:29

25-ci mərtəbədən yıxılan 9 yaşlı qız sağ qaldı

Çinin Tanşan şəhərində bir qız evin 25-ci mərtəbəsindən yıxılıb və sağ qalıb. Valideynlərinin sözlərinə görə, qıza sınıq diaqnozu qoyulsa da, o, artıq sağalır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə martın 27-də baş verib. Belə ki, Hebey əyalətinin Tanşan şəhərindən olan və adı açıqlanmayan doqquz yaşlı məktəbli qız pəncərəni açarkən müvazinətini saxlaya bilməyib və yıxılıb. 18 mərtəbə “uçan” qız 7-ci mərtəbənin eyvanına düşüb.

Uşağı ev sahibi tapıb. Məlum olub ki, huşu özündən getsə və sınıqlar olsa da, beyni zədələnməyib.

Təcili Pekin xəstəxanasına yerləşdirilən uşaq bir neçə əməliyyat keçirib, hazırda evdə müalicəsini davam etdirir.


SON XƏBƏRLƏR

19 Aprel 2025