• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Macarıstan BCM-dən çıxır - qanun layihəsi təsdiqləndi

DÜNYA

20 May 2025 | 11:10

Macarıstan BCM-dən çıxır - qanun layihəsi təsdiqləndi

Macarıstan parlamenti Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq haqqında qanun layihəsini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

    Qeyd edək ki, 3 aprel tarixində Beynəlxalq Cinayət Məhkəməsi Benyamin Netanyahu barəsində həbs qərarı çıxarmasına baxmayaraq, İsrailin Baş naziri Macarıstana səfər edib. Bu kontekstdə Macarıstanın BCM-dən çıxmaq niyyətində olduğu bildirilib.

    29 apreldə Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin tərkibindən çıxmasına səs verib.

    Hökumətin yekun təsdiqindən sonra Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən ayrılan yeganə Avropa İttifaqı ölkəsi olacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Noyabr 2026