Türkiyədə Krım-Konqo hemorragik qızdırması (KKKA) şübhəsi ilə müalicə olunan körpə həyatını itirib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, 2 gün əvvəl Sivasın Köyulhisar rayonunun Kalebaşı kəndində 1,5 yaşlı Metehan Tütüncünü gənə dişləyib.
Ailəsi tərəfindən Reşadiye Dövlət Xəstəxanasına aparılan körpə Metehan daha sonra Tokat Dövlət Xəstəxanasına köçürülüb.
KKKA xəstəliyi şübhəsi ilə xəstəxanada müalicə alan körpənin həyatını dünən gecə edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Mina Mikayılova