• Bakı 24° C

    3.63 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Avropada təbii qaz istehlakı 30 ilin ən aşağı səviyyəsinə düşüb

DÜNYA

19 Iyun 2025 | 11:34

Avropada təbii qaz istehlakı 30 ilin ən aşağı səviyyəsinə düşüb

Rusiyanın “Qazprom” enerji şirkətinin vitse-prezidenti Oleq Aksyutin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən “Təbii qaz sənayesi: Şərqə oriyentasiya” adlı paneldə çıxış edib.

Bakıvaxtı.az bu barədə rus mediasına istinadən xəbər verir.

Asiyada təbii qaz tələbatındakı artımın 5 il ərzində ildə 100 milyard kubmetrə çatacağına diqqət çəkən Aksyutin bildirib: 

"2050-ci ilə qədər təbii qazın qlobal enerji istehlakında payı 26 faiz olacaq"

Dünyanın digər inkişaf etməkdə olan bölgələrində, o cümlədən Asiya-Sakit Okean bölgəsində təbii qaza tələbatın artmağa davam etdiyini deyən vitse-prezident diqqətə çatdırıb: 

"Birləşmiş Krallıq və Avropa Birliyinin təbii qaz istehlakı son üç ildə 100 milyard kubmetr azalıb. Bu, bölgənin təbii qaz istehlakının son 30 ilin ən aşağı səviyyəsinə düşdüyünü göstərir".

Əli Hüseynov


SON XƏBƏRLƏR