• Bakı 31° C

    4.28 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edilib

DÜNYA

19 Iyul 2025 | 09:25

Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edilib

Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “İslam Dövləti” beynəlxalq terror təşkilatının tərkibinə daxil olan “Vilayət Xorasan” qrupunun fəaliyyətini üzə çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan DTX-nin mətbuat xidməti məlumat yayıb.

“Dövlət Təhlükəsizliyi Xidmətinin daxili işlər orqanları ilə birgə keçirdiyi əməliyyat tədbirləri zamanı Namanqan şəhərində “İslam Dövləti-Xorasan” beynəlxalq terror təşkilatının məxfi yuvası üzə çıxarılıb. Qrupun 16 üzvünə məxsus yaşayış evlərində axtarışlar aparılıb, 37 mobil rabitə vasitəsi, DVD disklər, 4 fleş disk, o cümlədən noutbuk və planşet götürülüb”, - məlumatda deyilir.

Agentliyin məlumatına görə, qrupun təşkilatçısı teleqram messencerində ümumilikdə 120-dən çox iştirakçının daxil olduğu virtual kanallar və qruplar yaradıb. Orada ekstremist materiallar paylanılıb.

"Hazırda qrupun təşkilatçısı və 3 fəal üzvü barəsində cinayət işi açılıb, həbs-qətimkan tədbiri seçilib. Qrupun qalan üzvləri barəsində də istintaq hərəkətləri aparılır", - məlumatda bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Avqust 2026