• Bakı 26° C

    7.58 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Rusiyada zavodda partlayış - 20 ölü

DÜNYA

18 Avqust 2025 | 09:20

Rusiyada zavodda partlayış - 20 ölü

Rusiyanın Ryazan vilayətindəki "Elastik" zavodunda baş verən partlayış və yanğın nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Bakıvaxtı.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə vilayətin əməliyyat qərargahı məlumat yayıb.

"Bu gün yerli vaxtla saat 7.00-a olan vəziyyətə görə, Şilov rayonunda baş verən fövqəladə hadisə nəticəsində 20 nəfər həlak olub. 134 nəfər xəsarət alıb, onlardan 31-i Ryazan və Moskva xəstəxanalarında stasionar, 103 nəfər isə ambulator müalicə alır", - məlumatda bildirilib.

Xatırladaq ki, avqustun 15-i səhər saatlarında "Elastik" zavodunun barıt sexində partlayış və yanğın baş verib, sexin binası tamamilə dağılıb.


SON XƏBƏRLƏR

17 Avqust 2025