• Bakı 19° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Türkiyədən Netanyahuya SƏRT CAVAB

DÜNYA

17 Sentyabr 2025 | 01:03 | Müəllif: Subhan Mahmudov

Türkiyədən Netanyahuya SƏRT CAVAB

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik İsrail Baş naziri Benyamin Netanyahunun Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla bağlı dediklərinə sərt reaksiya göstərib.

Bakıvaxtı.az xəbər verir ki, Çelik bu barədə sosial şəbəkə səhifəsində yazıb.

“Soyqırım şəbəkəsinin lideri Netanyahunun prezidentimizi hədəf alan sözləri əsassızdır. Netanyahunun bəşəriyyətin ortaq dəyəri olan Qüdsü öz mülkü hesab edən sərsəmləmələri bütün insani dəyərlərə qarşı düşmənçiliyi ifadə edir.

"Bəşəriyyət bu şəbəkənin təhlükəsi altındadır. Bunlara cavab bəşəriyyət ittifaqının cavabı olmalıdır" – Çelik bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026