• Bakı 13° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Putinlə Trampın görüşünə hazırıq - Orban

DÜNYA

16 Oktyabr 2025 | 22:37

Putinlə Trampın görüşünə hazırıq - Orban

Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Tramp arasında yeni görüşün keçirilməsinə dair razılaşma sülhün möhkəmləndirilməsi üçün gözəl imkan yaradır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Rusiya və Amerika liderləri arasında növbəti görüşün tezliklə Budapeştdə keçiriləcəyi ilə bağlı xəbərləri şərh edərkən bildirib.

"ABŞ və Rusiya prezidentləri arasında planlaşdırılan görüş bütün dünyada sülhsevər insanlar üçün əla xəbərdir. Biz hazırıq!" - baş nazir yazıb.

Qeyd edək ki, Putinlə telefon danışığından sonra Tramp tezliklə Macarıstanın paytaxtında görüşməyə razılaşdıqlarını açıqlayıb.


SON XƏBƏRLƏR

15 Noyabr 2025