• Bakı 24° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Gürcüstan Aİ-nin vizasız rejimi dayandırmasını əsassız SAYIR

DÜNYA

17 Sentyabr 2025 | 00:19

Gürcüstan Aİ-nin vizasız rejimi dayandırmasını əsassız SAYIR

Avropa İttifaqının Gürcüstanın vizasız rejimini dayandırması üçün heç bir hüquqi əsas yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti öz vətəndaşlarının bu imtiyazdan yararlanması üçün hər zaman vicdanla hər şeyi edib və edir.

"Bu gün Gürcüstan əhalisinin Avropa İttifaqının üzvü olan ölkələrə, Şengen zonasına vizasız gediş-gəlişinin olması tamamilə hakimiyyətin xidmətidir", - o bildirib.

Daha əvvəl Avropa Komissiyasının nümayəndəsi Anita Hipper bildirib ki, AK Gürcüstana qarşı sanksiyaların tətbiqi, eləcə də ölkə ilə vizasız rejimin ləğvi imkanlarını öyrənir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR