• Bakı 31° C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Ermənistanla sərhəd-keçid məntəqəsinə Tələt Paşanın adı veriləcək

DÜNYA

19 Iyul 2025 | 11:10

Ermənistanla sərhəd-keçid məntəqəsinə Tələt Paşanın adı veriləcək

Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə Mehmet Tələt Paşanın adının verilməsi ilə bağlı Türkiyə parlamentinə təqdim edilən qanun layihəsinə cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

"Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində Ermənistan Respublikası Türkiyə Respublikası hökumətinin rəsmi mövqelərini və qərarlarını nəzərə alır", - məlumatda deyilir.

Bundan əvvəl xəbər verilmişdi ki, müvafiq qanun layihəsi Türkiyə Böyük Milli Məclisinə təqdim edilib və İYİ partiyanın 28 üzvü tərəfindən imzalanıb.

Qeyd edək ki, Tələt Paşa 1921-ci il martın 15-də Almaniyanın paytaxtı Berlində Daşnaksütyun Partiyasının təşkil etdiyi “Nemezis” əməliyyatı çərçivəsində Soğomon Teyliryan adlı erməni terrorçu tərəfindən qətlə yetirilib./Unikal


SON XƏBƏRLƏR

18 Iyul 2025