• Bakı 32° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

İsrail Suriyanı vurmaq cəsarətini daha çox özündən alır - AÇIQLAMA

DÜNYA

19 Iyul 2025 | 10:25

İsrail Suriyanı vurmaq cəsarətini daha çox özündən alır - AÇIQLAMA

"İsrail Suriyanı vurmaq cəsarətini daha çox özündən alır”.

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Onun sözlərinə görə, uzun müddətdir İsrail siyasətində müzakirə olunan məsələ odur ki, Tel-Əviv özünü yetəri qədər güclü sayır. Yəni İsrail hesab edir ki, xarici siyasətdə ABŞ-nin bütün direktivlərini nəzərə almaya bilər.

Ekspert bildirib ki, ABŞ-İsrail ziddiyyətini Barak Obamanın prezidentliyi dövründə daha qabarıq gördük:

"Obamanın siyasi xətti ilə Netanyahunun siyasi xətti tamamilə əks istiqamətlərə yönəlirdi. Obamanın Netanyahunu qəbul etməməsi, İsrail daxilində müxalifətin dəstəklənməsi, baş nazirə cinayət işinin açılması, ölkədə etirazlar və s. hadisələr ABŞ, konkret olaraq USAİD tərəfindən dəstəklənirdi. İsrailin əleyhinə olaraq Obama administrasiyasının İranla nüvə danışıqlarına başlaması, HƏMAS-la təmasa keçilməsi, Qətərlə münasibətlərin yaxşılaşması Netanyahu kabinetinin maraqlarına cavab vermirdi. Ona görə də Netanyahu hökuməti artıq gücləndiyini düşünürək ABŞ-nin proksi gücü olmaq istəmədəyini, müstəqil siyasət yeridəcəklərini açıqlayırdı. Hətta İsraillə Çin arasında da bir müddət yaxınlaşma qeydə alınmışdı. Bu da ABŞ-ni narahat edirdi. İndi də İsrail Yaxın Şərq regionunda öz siyasətini icra etməkdədir".

Turav Rzayev: İsrail bütün qırmızı xətləri keçsə də cəzasız şəkildə hərəkət etməkdədir

T.Rzayevin fikrincə, digər səbəb isə dünyanın daha böyük xaosa doğru iləliləməsidir:

"İsrail düşünür ki, daha böyük bir xaos çıxa və ənənəvi güclər öz mövqelərini itirə bilərlər. Bir növ ABŞ-nin gələcəkdə ona yetərli dəstək verəcəyindən şübhə duyur. Ona görə də ətrafında "təhlükəsizlik çətiri" yaratmaq istəyir. Yəni xaos olacaq və yeganə sabit ölkə İsrail olacaq. İsrail öz ətrafında güclü, mütəşəkkil ordusu olan dövləti görmək istəmir. Bu da yeni ideya deyil”.

“Başqa bir məqam odur ki, İsrail Yaxın Şərqdə ABŞ-nin ona ehtiyacı olduğunu bildiyinə görə, bir növ cəzasızlıq mühiti formalaşıb. İsrail bütün qırmızı xətləri keçsə də cəzasız şəkildə hərəkət etməkdədir", - deyə Turab Rzayev qeyd edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

18 Iyul 2025