Əfqanıstan hökuməti Pakistanın qeyri-qanuni Əfqan qaçqınlarını ölkədən çıxarmaq istədiyini açıqlayıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
İslamabaddakı Əfqanıstan səfirliyinin yaydığı məlumata görə, son günlər paytaxt İslamabad və Ravalpindi şəhərlərində əfqan vətəndaşları həbs və axtarışlara məruz qalıb, onlara bu şəhərləri tərk etmək tapşırılıb.
Səfirlik Pakistan hökumətinin rəsmi bildiriş vermədən əfqan qaçqınları hədəfə aldığını bildirib və bu məsələnin rəsmi siyasət olub-olmadığını öyrənmək üçün Pakistan rəsmiləri ilə bir sıra görüşlər keçirib. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMMYK) isə bu prosesdən xəbərsiz olduğunu açıqlayıb.
Pakistan Xarici İşlər Nazirliyinin rəsmiləri təsdiqləyiblər ki, təkcə İslamabad və Ravalpindidə deyil, ölkə boyu bütün əfqan qaçqınlarının deportasiya edilməsi planlaşdırılır. Yalnız qanuni vizaya sahib olanların bu şəhərlərdə qalmasına icazə veriləcək.
Nuriyyə Musayeva