Bişkekdə Baş Prokurorluğun binası qarşısında bir nəfər özünü yandırıb.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə “Report” Qırğızıstan mətbuatına istinadən xəbər verir .
Təcili Tibbi Yardım Mərkəzinin baş həkiminin müavini Yeqor Borisov bildirib ki, hadisə yerində təcili yardım briqadası işləyir.
Həmin şəxs özünü yandırmazdan əvvəl bildirib ki, 2023-cü ilin sentyabrında 520 min dollara ev alıb. Rəsmiləşdirmədən sonra məlum olub ki, evə həbs qoyulub. Buna görə evi əlindən alınan kişi hüquq-mühafizə orqanlarına müraciət edib, lakin onun sözlərinə görə, orada işi bağlayıblar.
Hadisənin digər təfərrüatları açıqlanmır.