• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Azərbaycanda kütləvi dava - 4 nəfər xəstəxanalıq oldu

HADİSƏ

21 Dekabr 2024 | 10:15

Azərbaycanda kütləvi dava - 4 nəfər xəstəxanalıq oldu

Ucarda kütləvi dava olub, xəsarət alanlar var.

Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Bağman kəndində baş verib.

Kənddə keçirilən ciyər axşamında bir neçə şəxs arasında yaranan mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib.

Dava zamanı 4 nəfər - 1975-ci il təvəllüdlü Əlsahib Ağasəlim oğlu Səlimov, 2003-ci il təvəllüdlü Nicat Əlisahib oğlu Səlimov və 1975-ci il təvəllüdlü Mehman Muğdət oğlu Səfərəliyev və 1991-ci il təvəllüdlü Mansur Mahsud oğlu Səfərəliyev müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır. 


SON XƏBƏRLƏR