İngiltərə Premyer Liqasının 17-ci turunda “Aston Villa” “Mançester Siti”ni qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, baş hakim Piter Benksin idarə etdiyi oyun “Villa Park”da baş tutub.
Matçda hesab erkən açılıb: 16-cı dəqiqədə Birminhem təmsilçisinin kolumbiyalı hücumçusu Con Duran komanda yoldaşı Morqan Rocersin ötürməsindən maksimum yararlanıb – 1:0. Qarşılaşmada növbəti qol 65-ci dəqiqədə vurulub: Rocers fərqi 2-yə artırıb. “Şəhərlilər”in gücü isə sadəcə bir qola çatıb: Fil Foden müdafiəçilərin səhvindən yararlanaraq qapıçı Emiliano Martinesi məyus edib.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra Unai Emerinin yetirmələri (28 xal) beşinci pilləyə yüksəlib. Xosep Qvardiolanın komandası (27) isə altıncı pilləyə geriləyib. “Mançester Siti” Premyer Liqada son səkkiz oyundan cəmi birində qalib gəlib, qalan yeddisində isə yenilib. “Şəhərlilər” sonuncu dəfə evdə əzəli rəqibləri “Mançester Yunayted”ə məğlub olmuşdular.
Premyer Liqa turnir cədvəlinin vahid lideri isə Arne Slotun “Liverpul”udur (36).