• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyə və Gürcüstan rəsmiləri regionu müzakirə ediblər
 

DÜNYA

21 Dekabr 2024 | 18:36 | Müəllif: Gülşən Şərif

Türkiyə və Gürcüstan rəsmiləri regionu müzakirə ediblər

Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə strateji əməkdaşlıq çərçivəsində ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələləri müzakirə olunub.

Regionda gedən proseslər, sabitliyin və sülhün təşviqində Gürcüstanın və Türkiyənin rolu barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı Gürcüstan və Türkiyə arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin perspektivləri müzakirə olunub. Regional əməkdaşlığa, birgə layihələrin vacibliyinə, iki ölkənin tranzit və nəqliyyat potensialından tam istifadə edilməsi zərurətinə diqqət yetirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026