Diyarbəkirdə vəhşicəsinə qətlə yetirilən 8 yaşlı Narin Güranın öldürülməsi ilə bağlı keçirilən məhkəmə prosesində ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilmiş Yüksel Güranın həbs qərarına edilən etiraz məhkəmə tərəfindən rədd edilib.
Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.
Məlumata görə, Yüksel Güranın vəkili Yılmaz Demiroğlu bir müddət əvvəl Diyarbəkir 9-cu Ağır Cəza Məhkəməsinə göndərilmək üçün Diyarbəkir 8-ci Ağır Cəza Məhkəməsinə müraciət edərək müvəkkilinin azadlığa buraxılmasını tələb edib.
Məsələni araşdıran Diyarbəkir 9-cu Ağır Cəza Məhkəməsi, 28 dekabr 2024-cü ildə Diyarbəkir 8-ci Ağır Cəza Məhkəməsinin Yüksel Güranın həbsdə qalmasına dair verdiyi qərarda hər hansı bir qanunsuzluq olmadığını bildirərək, qərarın qanuna və prosedura uyğun olduğuna qərar verib. Bu səbəbdən, sanığın vəkillərinin azadlıq tələbi rədd edilib və sanığın həbsinin davamına yekdilliklə qərar verilib.
Diyarbəkir 8-ci Ağır Cəza Məhkəməsində 28 dekabr 2024-cü ildə keçirilən məhkəmə iclasında, təqsirləndirilən ana Yüksel, qardaşı Enes və əmisi Salim Gürana "uşağa qarşı qəsdən öldürmə cinayətində iştirak" maddəsi ilə ayrı-ayrılıqda ağırlaşdırılmış ömürlük həbs cəzası, Nevzat Bahtiyara isə "cinayət dəlillərini yox etmək, gizlətmək və ya dəyişdirmək" ittihamı ilə 4 il 6 ay həbs cəzası verilmişdi.
Nuriyyə Musayeva