• Bakı C

    13.75 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

Lavrov: Yaxın günlərdə İran nümayəndələri ilə danışıqlar aparacağam

DÜNYA

19 Fevral 2025 | 15:47

Lavrov: Yaxın günlərdə İran nümayəndələri ilə danışıqlar aparacağam

Rusiya xarici işlər naziri (XİN) Sergey Lavrov yaxın vaxtlarda İran hökumətinin nümayəndələri ilə danışıqlar aparmağı planlaşdırır.

Bakıvaxtı.az "İnterfaks"a istinadə xəbər verir ki, bu barədə Rusiya XİN başçısı Dövlət Dumasında "hökumət saatı"nda bildirib.

"Yaxın vaxtlarda mənim İran nümayəndələri ilə təmaslarım olacaq", - S.Lavrov bildirib.

O qeyd edib ki, bu əlaqələr zamanı müzakirə olunacaq məsələlər sırasına Xəzər dənizində milli zonaları müəyyən edən xətlərin qurulması mövzusu da daxil olacaq ki, bu da İran üçün müvafiq konvensiyanın ratifikasiyasına dair şərtlərdən biridir:

"Biz ekspert səviyyəsində bir sıra həll yolları təklif etmişik, İranlı həmkarlarımız onları nəzərdən keçirirlər".


SON XƏBƏRLƏR

20 Fevral 2025