• Bakı C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Çin ABŞ-ni xarici şirkətlər üçün ədalətli şərtlərə çağırıb

DÜNYA

20 Yanvar 2025 | 17:06

Çin ABŞ-ni xarici şirkətlər üçün ədalətli şərtlərə çağırıb

"Amerika hakimiyyəti dünya şirkətləri üçün bərabər və ədalətli şərait yaratmalıdır".

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu ABŞ-də "TikTok" qadağası ilə bağlı vəziyyəti şərh edən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq deyib.

Onun fikrincə, amerikalı istifadəçilər ABŞ-də xüsusilə də istehlakı stimullaşdırmaqda müsbət rol oynayan "TikTok" sosial şəbəkəsini yüksək qiymətləndirirlər:

"Ümid edirik ki, Amerika tərəfi ağılın səsini eşidə biləcək və ABŞ-də fəaliyyət göstərən müxtəlif ölkələrin kommersiya şirkətləri üçün açıq, bərabər, ədalətli və ayrı-seçkilikdən kənar ticarət şərtləri təklif edəcək".

Gülşən Şərif


SON XƏBƏRLƏR