• Bakı 29° C

    11.7 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Azərbaycana QIŞ GƏLDİ

CƏMİYYƏT

21 Dekabr 2024 | 13:20

Azərbaycana QIŞ GƏLDİ

Azərbaycana qış fəsli daxil olub.

Bakıvaxtı.az Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadla xəbər verir ki, qış fəsli (Qış günəş duruşu) Azərbaycana bu gün - dekabrın 21-i saat 13:20:30-da daxil olub.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayır.​

Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə)​ olur.

Fəslin uzunluğu 88 gün 23 saat 40 dəqiqə 55 saniyə olacaq.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

16 Iyul 2025