• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Pekin: ABŞ qlobal təhlükəsizlik üçün ən böyük təhdidə çevrilib

DÜNYA

21 Dekabr 2024 | 17:28 | Müəllif: Gülşən Şərif

Pekin: ABŞ qlobal təhlükəsizlik üçün ən böyük təhdidə çevrilib

Çinin Müdafiə nazirliyi Pentaqonun Çin Xalq Respublikasının hərbi inkişafı barədə hesabatına etiraz edib.

Bakıvaxtı.az xəbər verir ki, Çinin Müdafiə nazirliyinin rəsmi nümyəndəsi Çjan Syaoqan belə bəyanatla çıxış edib.

“Faktlar göstərir ki, ABŞ-nin hərbi strategiyası getdikcə qarşıdurma, hücum və avantürist xarakter alır. Birləşmiş Ştatlar beynəlxalq nizamın ən böyük məhvedicisinə və qlobal təhlükəsizliyə ən böyük təhdidə çevrilib”, - Syaoqan vurğulayıb.

Qeyd edək ki, dekabrın 19-da ABŞ-nin Müdafiə nazirliyi açıqladığı illik hesabatda Çinin 2024-cü ilin ortalarına qədər 600-dən çox nüvə başlığına malik olduğu, 2030-cu ilə qədər isə onların sayının mini keçəcəyi bildirilir. Pentaqonun fikrincə, Pekin Vaşinqtonla strateji rəqabətin artması fonunda nüvə qüvvələrini artırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026