• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

DÜNYA

21 Dekabr 2024 | 19:58 | Müəllif: Subhan Mahmudov

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

Yəməndən atılan raket gecə saatlarında Təl-Əviv şəhərindəki yaşayış massivinin uşaq meydançasında partlayıb.

Bakıvaxtı.az xəbər verir ki, partlayış nəticəsində ətrafdakı evlərin şüşələri qırılıb.

“Ynet” portalının məlumatına görə, hücum nəticəsində 16 nəfər yüngül xəsarət alıb, 14 nəfər isə bomba sığınacaqlarına qaçarkən yaralanıb.

Qeyd edək ki, gecə saatlarında Yəməndən İsrailin mərkəzinə doğru bir raket atılıb. Ordunun mətbuat xidməti hava hücumundan müdafiə vasitələrinin raketi vura bilmədiyini açıqlayıb. Ölkənin mərkəzi hissəsində raket təhlükəsi ilə bağlı hava hücumu xəbərdarlığı elan edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026