Hollivud ulduzu, Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger Donald Trampın hakimiyyətə gəlməsi ilə əlaqədar ABŞ-ı tərk edəcəyinə dair yayılan xəbərləri təkzib edib.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkə səhifəsində yazıb.
"Yalan xəbərlərə inanmayın. Mən Avstriyada doğulmuşam, amma Amerikada yaradılmışam və heç vaxt getməyəcəyəm",- o bildirib.
Qeyd edək ki, Tramp prezident seçkilərində qalib gəldikdən sonra Şvartseneggerin Amerikadan gedəcəyi iddia edilirdi. Prezidentlik kampaniyası zamanı keçmiş Kaliforniya qubernatoru Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi dəstəkləyib. Eyni zamanda, Şvartsenegger Trampı tənqid edərək bildirmişdi ki, siyasətçi amerikalıların problemlərini həll etməyəcək.