• Bakı C

    13.75 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

Aİ Ukraynaya yardımla bağlı məsləhətləşmələrə başlayıb

DÜNYA

19 Fevral 2025 | 17:22

Aİ Ukraynaya yardımla bağlı məsləhətləşmələrə başlayıb

Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta Ukraynaya yardım və təhlükəsizlik zəmanəti ilə bağlı Avropa İttifaqına (Aİ) üzv dövlətlərlə məsləhətləşmələrə başlayıb.

Bakıvaxtı.az “İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Brüsseldə Avropa İttifaqının rəsmi nümayəndələrindən biri jurnalistlərə məlumat verib.

"Antoniu Koşta Aİ ölkələrinin liderləri ilə iki mühüm mövzu ətrafında cəmləşən suallara əsaslanan sistematik və strukturlaşdırılmış məsləhətləşmə prosesini başladıb: Ukraynaya dəstək və təhlükəsizlik zəmanətləri", - o bildirib.

Aİ nümayəndəsinin sözlərinə görə, müvafiq mövzu üzrə növbədənkənar Avropa şurasının təşkili istisna edilmir, lakin hazırda Aİ-nin fövqəladə sammitinin keçirilməsi planları yoxdur: "Növbəti addımlar barədə qərar bu məsləhətləşmələr əsasında qəbul ediləcək".


SON XƏBƏRLƏR

20 Fevral 2025