• Bakı 21° C

    3.22 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Rusiya MN Ukraynanı ittiham edib

DÜNYA

21 Mart 2025 | 16:21 | Müəllif: Gülşən Şərif

Rusiya MN Ukraynanı ittiham edib

Sudja qazölçən stansiyasının partladılması və Rusiyanın enerji infrastrukturuna son zərbələr ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüslərini nüfuzdan salmağa yönəlmiş Ukrayna təxribatıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayəti ərazisindən geri çəkilən bölmələri tərəfindən Rusiyanın mühüm enerji obyektinin partladılması Kiyevin qəsdən törətdiyi təxribatdır: "Buna, eləcə də Rusiya Federasiyasının enerji infrastrukturuna son zərbələrə ABŞ Prezidentinin sülh təşəbbüslərini nüfuzdan salmağa yönəlmiş təxribat kimi baxmaq lazımdır".
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026