• Bakı C

    13.75 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

Litva Ukraynaya yeni hərbi yardım partiyası göndərib

DÜNYA

19 Fevral 2025 | 17:30

Litva Ukraynaya yeni hərbi yardım partiyası göndərib

Litva Ukrayna üçün yük maşınları, termal kameralar və digər hərbi avadanlıqdan ibarət yeni hərbi yardım partiyası göndərib.

Bakıvaxtı.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yardım paketinin dəyəri "Ramştayn" formatında keçirilən son görüşdə elan edildiyi kimi, 80 milyon avro təşkil edir.

"Litvanın hazırladığı 100 milyon avro dəyərində dəstək paketi Ukraynanın ən təcili ehtiyaclarını qarşılayır. Bu paket nəzərə alınmaqla, Litvanın göstərdiyi hərbi yardımın məbləği 1 milyard avroya çatacaq", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

20 Fevral 2025