• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Seulda parlament binasında yanğın: 480 nəfər təxliyə edilib

DÜNYA

21 Dekabr 2024 | 15:59

Seulda parlament binasında yanğın: 480 nəfər təxliyə edilib

 Cənubi Koreyanın parlament binasından yanğın səbəbindən təxminən 480 nəfər təxliyə edilib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, yanğın Bakı vaxtı ilə 06:52 Seulun Yoido rayonunda parlament kompleksinin qəbul zalında başlayıb.

" Binadan jurnalistlər və toy qonaqları da daxil olmaqla 480 nəfər təxliyə edilib. Onlar mətbuat konfransları və toy mərasimlərinin keçirildiyi xüsusi qəbul zallarında olublar", - məlumatda qeyd edilib.

Azı altı nəfər tüstüdən zəhərlənmə səbəbindən tibbi yardım üçün müraciət edib.

Məlumata görə, hazırda yanğın söndürülüb.


SON XƏBƏRLƏR