• Bakı 14° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.7711

    RUB - 1.629

Berbok: Almaniya beynəlxalq iqlim maliyyələşdirilməsinə yeni yanaşmanı dəstəkləyir

SİYASƏT

21 Noyabr 2024 | 17:49

Berbok: Almaniya beynəlxalq iqlim maliyyələşdirilməsinə yeni yanaşmanı dəstəkləyir

Avropa İttifaqının bir hissəsi olan Almaniya yenilənmiş maliyyə sisteminin işə salınması üçün beynəlxalq iqlim maliyyələşdirilməsinə yeni yanaşmanı dəstəkləyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, iqlim maliyyələşdirilməsi böyük sərmayələr tələb edir, söhbət böyük məbləğlərdən gedəndə isə danışıqlar daha çətin və sərt olur.

"Bu faktı nəzərə alaraq bütün detalları diqqətlə öyrənməliyik. Almaniya və Avropa beynəlxalq iqlim maliyyələşməsində etibarlı tərəfdaş olaraq qalır. Lakin qlobal enerji keçidi və adaptasiya tədbirləri üçün xərclər çox böyükdür ki, bu da qlobal səylər və bütün tərəflərin cəlb olunmasını tələb edir", - nazir bildirib.

O vurğulayıb ki, qlobal istixana qazı emissiyalarında ən böyük paya malik olan ölkələr təkcə emissiyaları azaltmamalı, həm də beynəlxalq iqlim maliyyələşdirilməsinə töhfə verməlidir.


SON XƏBƏRLƏR

23 Noyabr 2024