• Bakı 12° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.7803

    RUB - 1.6785

Politoloq: "Bu, ABŞ və Rusiya arasında gedən savaşdır"

SİYASƏT

22 Noyabr 2024 | 11:18

Politoloq: Bu, ABŞ və Rusiya arasında gedən savaşdır

ABŞ Rusiya-Ukrayna müharibəsində birbaşa döyüşlərə qatılmasa da, müharibənin ən vacib və təsirli xarici oyunçusudur.

Müharibənin başlanmasından bəri ABŞ Ukraynanı müxtəlif növ dəstəklərlə təmin edərək, həm hərbi, həm də siyasi cəhətdən müharibənin gedişatına əhəmiyyətli təsir göstərmişdir. Sözügedən dəstək Ukraynaya hərbi yardım, iqtisadi sanksiyalar, siyasi diplomatiya və beynəlxalq platformalarda Rusiya ilə mübarizədə onun yanında durmaq kimi bir çox aspekti əhatə edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, ABŞ birbaşa olmasa da, dolayı yolla Rusiya-Ukrayna müharibəsində ən vacib aktorlardan biridir: 

"Rusiya-Ukrayna müharibəsi, əslində, ABŞ və Rusiya arasında gedən savaşdır. Sadəcə olaraq bu müharibə Ukrayna ərazisində gedir. Demokratlar öz funksiyalarını sonadək yerinə yetirməyiblər. Bayden Administrasiyası üzərlərinə düşən funksiyanı axıra kimi icra etməliydi. Demokratlar düşünürdü ki, onlar hakimiyyətdə qalacaqlar və bu və ya digər yollarla müharibə uzanacaq".

Zaur Məmmədov: Ukrayna ordusu artıq taqətdən düşüb

Zaur M\mmədovun sözlərinə görə, Rusiyanın daha da əldən düşməsi üçün addımlar atılacaq: 

"Bildiiymiz kimi, Donald Tramp seçkilərdə qalib gəlib və inaqurasiya mərasimindən sonra hakimiyyəti ələ alacaq. Demokratlar və onların arxasında duran hərbi korporasiyalar müharibədə daha radikal mövqe tutan şəxslər düşündülər ki, artıq Rusiya ərazisinə ağır silahlarla, raketlərlə hücuma razılıq verməyin vaxtıdır".

Son olaraq Zaur Məmmədov qeyd edib ki, Ukraynanın müharibədəki mövqeyi zəifləyib:

"Ukrayna ordusu artıq taqətdən düşüb. Onlara impuls, ruh yüksəkliyi vermək lazımdır. Bu da ATACMS ballistik raketlərinin Ukraynaya göndərilməsi idi. Hərçənd, bu raketlər müharibənin aqibətini dəyişməyəcək".

Əli Hüseynov


SON XƏBƏRLƏR