• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Baş Qərargah rəisi "Altın Kıran - 2024" təlimində - FOTOLAR

SİYASƏT

24 Avqust 2024 | 16:53 | Müəllif: Gülşən Şərif

Baş Qərargah rəisi "Altın Kıran - 2024" təlimində - FOTOLAR

Qazaxıstanda səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonuna gəlib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsi üçün poliqonda yaradılan şəraitlə tanış olduqdan sonra general-polkovnik K.Vəliyev komanda-idarəetmə məntəqəsinə gələrək "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminin taktiki epizodunu izləyib.

Sonra hər iki ölkənin təlimdə iştirak edən hərbi qulluqçuları ilə görüş keçirilib. Təlimdə fərqlənən hərbi qulluqçular medal və qiymətli hədiyyələrlə təltif ediliblər.
Qeyd edilib ki, "Altın Kıran - 2024" birgə taktiki-xüsusi təlimində qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.


Baş Qərargah rəisi "Altın Kıran - 2024" təlimində - FOTOLARBaş Qərargah rəisi "Altın Kıran - 2024" təlimində - FOTOLARBaş Qərargah rəisi "Altın Kıran - 2024" təlimində - FOTOLARBaş Qərargah rəisi "Altın Kıran - 2024" təlimində - FOTOLARBaş Qərargah rəisi "Altın Kıran - 2024" təlimində - FOTOLARBaş Qərargah rəisi "Altın Kıran - 2024" təlimində - FOTOLARBaş Qərargah rəisi "Altın Kıran - 2024" təlimində - FOTOLARBaş Qərargah rəisi "Altın Kıran - 2024" təlimində - FOTOLARBaş Qərargah rəisi "Altın Kıran - 2024" təlimində - FOTOLARBaş Qərargah rəisi "Altın Kıran - 2024" təlimində - FOTOLARBaş Qərargah rəisi "Altın Kıran - 2024" təlimində - FOTOLARBaş Qərargah rəisi "Altın Kıran - 2024" təlimində - FOTOLARBaş Qərargah rəisi "Altın Kıran - 2024" təlimində - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026