Rusiya Federasiyasının Prezidendti Vladimir Putinin ölkəmizə rəsmi səfəri regionda Azərbaycana xüsusi diqqətin əlamətidir.
Ölkələrimiz arasında müttəfiqlik münasibətləri baxımından tarixi xarakter daşımaqla bu səfər həm də formatı və xarakteri ilə dövlətlərarası münasibətlərin yüksək səviyyəsinin yeni bir təzahürüdür.
Davamlı xarakter daşıyan yüksək səviyyəli görüşlər 2022-ci ildə imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə ilə yeni mərhələyə daxil olub.
Ötən ilin sentyabrından ölkəmizin öz suverenliyini və ərazi bütövlüyünü tam bərpası ilə regionumuz daha təhlükəsiz olub ki, bu da nəqliyyat dəhlizləri və yolları, o cümlədən, Şimal-Cənub layihəsinin həyata keçirilməsini daha da intensivləşdirib. Bu dəhlizin həm dəmiryolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb, indi onun ötürücülük qabiliyyətini yüksəltmək və dəmiryolu sahəsini modernləşdirməklə bağlı çox ciddi işlər görülür.
Rusiya Federasiyası və Azərbaycan Respublikası prezidentlərinin mətbuat konfransındakı bəyanatında bu məsələlərə toxunan İlham Əliyev demişdir:
“Həmin vaxtdan bəri dövlətlərarası strukturlar da əməkdaşlıq sferasını daha da genişləndirib. Belə ki, əmtəə dövriiyəsi bu müddətdə 4 milyard dolları ötmüşdür. İndi ölkəmizin müxtəlif sahələri arasında gündəlik 20 hava reysi keçirilir ki, bu da vətəndaşlararası təmasların intensivliyini xüsusilə qarşılıqlı səyahətlərin dinamikasını nümayiş etdirir”.
Bu görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlərin əhatə dairəsi də dediklərimizi bir daha təsdiq edir.Bunlar aşağıdakılardır:
- “Azərbaycan Respublikasının ixracın və investisiyaların təşviqi Agentliyi -AZPROMO ilə “Rusiya Birbaşa İnvestisiyalar Fondunun idarəedici şirkəti”Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”;
- “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyiilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında iqim dəyişmələri və aşağı karbonlu inkişaf üzrə Anlaşma memorandumu”;
- “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Federal Əmək və Məşğulluq Xidməti (Rusiya Federasiyası) arasında əməyin təftişi məsələləri üzrə qarşılıqlı anlaşma və əməkdaşlıq Memorandumu”;
- “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət(Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş”;
- “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki kartantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”;
- “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə,tibbi təhsil və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş.
Beləliklə, hər iki dövlət başçısının mətbuata verdikləri bəyanatdan göründüyü kimi, iki ölkə arasında əlaqələr dinamizmi ilə seçilməklə, müttəfiqlik münasibətlərinə yeni nüanslar əlavə edir.
Həsən Bayramov,
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, İcmanın Binəqədi rayon nümayəndəsi, Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının müdiri və professoru, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki
















