• Bakı 20° C

    2 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Qaradağda sursat aşkar edildi - VİDEO

HADİSƏ

28 Iyun 2024 | 14:38 | Müəllif: Qalib İbrahimoğlu

Qaradağda sursat aşkar edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

    Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


    Qaradağda sursat aşkar edildi - VİDEOQaradağda sursat aşkar edildi - VİDEOQaradağda sursat aşkar edildi - VİDEOQaradağda sursat aşkar edildi - VİDEO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR