• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanda DƏHŞƏT: Gəlin qaynanasını ağır yaralayıb QAÇDI - YENİLƏNİB

HADİSƏ

27 Iyul 2024 | 20:39 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda DƏHŞƏT: Gəlin qaynanasını ağır yaralayıb QAÇDI - YENİLƏNİB

Daşkəsəndə qadının gəlini tərəfindən baltalanmasının bəzi təfərruatları məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, xəsarət alan 66 yaşlı Tahirə Qurbanovun oğlu Nofəl Qurbanov hadisəni törədən Səidəni həyat yoldaşı kimi evə gətirməsi olub. Bundan sonra da qaynana ilə gəlin arasında mübahisə baş verib.

Davanın sonu qanla bitib. Hadisədən sonra gəlin evdən qaçıb.

Qeyd edək ki, zərərçəkən 66 yaşlı Tahirə Qurbanovanın oğlu Nofəl Qurbanov hazırda Rusiyada yaşayır. Nofəl Qurbanovun Səidədən əvvəl iki arvadı olub. Onun birinci həyat yoldaşından iki uşağı, ikinci həyat yoldaşından isə bir övladı var.

Faktla bağlı Daşkəsən rayon polis şöbəsində müvafiq araşdırmalara başlanıb.

***

18:33

Daşkəsəndə qadın baltalanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun ucqar kəndlərinin birində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü T. Qurbanova ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadına yardım edilib, vəziyyətini ağır olduğu bildirilib.

Məlumata görə, T.Qurbanova gəlini tərəfindən baltalanıb. Hadisədən sonra isə gəlin qaçıb.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026