• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Sabirabadda qadın qətlə yetirildi - 17 yaşlı oğlan saxlanıldı - YENİLƏNİB

HADİSƏ

26 Avqust 2024 | 17:16

Sabirabadda qadın qətlə yetirildi - 17 yaşlı oğlan saxlanıldı - YENİLƏNİB

Sabirabad rayonu ərazisində avqustun 26-da 1975-ci il təvəllüdlü Rəna İmanovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Bakıvaxtı.az-a Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 2007-ci il təvəllüdlü Ramal Qurbanlının tanışı Rəna İmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

"Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ramal Qurbanlı iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir",- məlumatda qeyd olunub.

***

16:35

"Qarabağ"ın futbolçusu Julio Romao UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo"ya qarşı (Zaqreb, Xorvatiya) cavab oyununda meydana çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, passivindəki sarı vərəqələrin sayı 3-ə çatan portuqaliyalı yarımmüdafiəçi yeni qaydalara əsasən növbəti görüşü buraxmaq məcburiyyətində qalmayacaq.

Belə ki, bu ildən tədbiq olunan yeniliklərə əsasən iki təsnifat mərhələsinin ardından futbolçunun sarı vərəqələrindən biri silinir.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026