Ağsu rayonunda ağır yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, rayonun Daşdəmirbəyli kəndi ərazisində “VAZ 2121” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə Bico kənd sakini olan sürücü, 1953-cü il təvəllüdlü Yaşar Qarayev aldığı xəsarətlərdən ölüb.
Qeyd edək ki, o, Ağsuda tanınmış ziyalılardan olub. Uzun müddət təhsil müəssisələrində rəhbər vəzifədə çalışan Y.Qarayev Əməkdar müəllim imiş.












jpg-1729834781.webp)


jpg-1729833551.webp)

