• Bakı 15° C

    1.83 m/s

Tələbələr qəzaya düşdü - Ölən və yaralananlar var - YENİLƏNİB

HADİSƏ

25 Oktyabr 2024 | 10:15 | Müəllif: Qalib İbrahimoğlu

Tələbələr qəzaya düşdü - Ölən və yaralananlar var - YENİLƏNİB

Göygöl rayonunda baş verən yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan verilən məlumata görə, Göygöl rayonunda baş verən qəzada Fariz Məhərrəmov (2006), Xəyal Rzayev (1984) və Heydər Hüseynov (2006) xəsarət alıb.

Sərnişin Ramal Qurbanzadə (2006) isə aldığı xəsarətdən dünyasını dəyişib.

Lent.az-ın məlumatına görə, qəzaya düşən gənclər Gəncədə təhsil alan tələbələr olub.

***

08:54

Göygöl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, "Opel" və "VAZ-21015" markalı iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR