• Bakı 16° C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Bakıda atasının avtomobilini qaçıran yeniyetmə qəzada öldü

HADİSƏ

24 Noyabr 2024 | 08:57

Bakıda atasının avtomobilini qaçıran yeniyetmə qəzada öldü

Bakının Suraxanı rayonunda ağır yol qəzası zamanı 16 yaşlı yeniyetmə dünyasını dəyişib.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, hadisə Zığ şossesində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü İsmayılov Vüsal Aydın oğlu yaşadığı Binə qəsəbəsində atasına məxsus avtomobili qaçırıb.

O, idarə etdiyi maşını Zığ şossesində işıq dirəyinə çırpıb.

Qəza nəticəsində 16 yaşlı yeniyetmə dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.


SON XƏBƏRLƏR

26 Sentyabr 2025