• Bakı 13° C

    5.76 m/s

  • USD - 1.7

    EUR - 1.7711

    RUB - 1.629

Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti olub? - Nazirlikdən AÇIQLAMA

HADİSƏ

23 Noyabr 2024 | 13:31

Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti olub? - Nazirlikdən AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23.11.2024-cü il tarixində yerli vaxtla saat 12:10-da Ağdam seysmik stansiyasından 74 km cənub-qərbdə, Laçın rayonunda 10 km dərinlikdə 4.5 maqnituda zəlzələ qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb.


SON XƏBƏRLƏR