Biləsuvar rayonunun Arazbarı kəndində yerləşən soyuducu anbara baxış keçirən zaman yıxılaraq ölən şəxs - 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müqavilə əsasında cəlb edildiyi mütəxəssis olub.
Bu barədə FHN-dən Bakıvaxtı.az-a bildirilib.
Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
***20:36
Biləsuvar rayonunda FHN-in əməkdaşının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Arazbari kəndində yerləşən soyuducu anbarda qeydə alınıb. Belə ki, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu həmin obyektdə xidməti vəzifəsinin icrası ilə bağlı baxış keçirən zaman hündürlükdən yıxılıb.
Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***18:42
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Səmədabad kəndində qeydə alınıb. Fövqəladə Hallallar Nazirliyinin (FHN) əməkdaşı, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu hündürlükdən yıxılıb.
Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatları araşdırılır.
Faktla bağlı araşdırma aparılır./report
















