• Bakı 16° C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Neftçalada məktəb binasında YANĞIN

HADİSƏ

27 Iyul 2024 | 17:52 | Müəllif: Subhan Mahmudov

Neftçalada məktəb binasında YANĞIN

Neftçala rayonunda məktəb binasında yanğın olub.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayonun Cəngan kəndində ümumi sahəsi 2 400 kvadratmetr (hər mərtəbəsi 1 200 kvadratmetr) olan ikimərtəbəli orta məktəb binasının ikinci mərtəbəsində sahəsi 12 kvadratmetr olan köməkçi otağa yığılan masa, oturacaqlar, 6 ədəd kompüter və dam örtüyünün taxta atmaları 2 kvadratmetr sahədə yanıb.

Məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026