• Bakı 25° C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Geomaqnit qasırğası gözlənilir

CƏMİYYƏT

28 Iyun 2024 | 17:28

Geomaqnit qasırğası gözlənilir

Qısamüddətli geomaqnit qasırğası gözlənilir.

Bu barədə Bakıvaxtı.az-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, hazırda Günəş aktivliyi aşağı səviyyədədir, bir neçə oblastda Yerə demək olar ki, təsiri olmayan C sinif alışmalar olub. Günəşin diskinin cənub-qərb kənarında 27 iyun tarixində tac kütlə atılması müşahidə olunub. İyulun 1-də gecə saatlarında bunun Yerə zəif təsiri proqnozlaşdırılır.

Məlumata görə, geomaqnit sahə ümumiyyətlə sakit səviyyədə olacaq, 28-29 iyun tarixlərində qeyri-stabil hala keçəcək, iyunun 30-dan sakit səviyyəyə qayıdacaq. Geomaqnit aktivliyi göstərən Kp əmsalı 29 iyun tarixində sübh saatlarıda 3-4,8 intervalında dəyişəcək, saat 10.00-dan sonra isə 1,5-2,5 intervalında stabilləşəcək.


SON XƏBƏRLƏR

30 Iyun 2024